AZ EN
RU








» Haqqımızda







Haqqımızda

"Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanda yerləşir. Dövlət lahiyə smeta sənədləri əsasında beynəlxalq standartlara uyğun inşa olunub, 2009-cu ildə istifadəyə verilib.

Ümumi ərazisi 35 ha olan «Meyvəli» - meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulmuşdur. 6 korpusdan ibarət 11 360 m2 sahəsi olan 22 720 ton tutumlu 112 satış anbarı; 3 korpusdan ibarət 12.000 m2 sahəsi olan 24,000 ton tutumlu 60 soyuducu saxlama anbarları; kənd təsərrüfatı məhsullarının yarmarka bazarına göndərilməsi imkanları mövcuddur. Bundan başqa pərakəndə satış bazarı üçün isə 10 000 m2 -lik sahə fəaliyyətdədir. Bundan əlavə kiçik topdansatış işi ilə məşğul olanlar üçün 70 ədəd 34 m2 anbarlarda tikilib

İstifadəyə verilmişdir. Hal hazırda icarədarların fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədi ilə hər birinin sahəsi 210 kvadrat metr olan 3 ofis tikilib istifadəyə verilmişdir. Anbarlar Amerika, Almaniya, İtaliya, Belçika, Danimarka, İsveç, Yaponiya, Türkiyə ölkələrinin istehsalı olan avadanlıqlar, elektron tərəzilər, mexaniki yük qaldırıcı qurğularla (kara «TOYOTA» firması) təchiz olunmuşlar.Anbar xidmətlərindən istifadə müqavilə əsasında həyata keçirilir.

«Meyvəli»nin ərazisində eyni vaxtda 600 ədəd iri tutumlu yük maşınlarının yüklərinin qəbuledilməsi, boşaldılması, yüklənməsi, saxlanılması, topdan və pərakəndə satışının təşkil edilməsi, tranzit olaraq xarici ölkələr müştərilərə gülərüz personalları ilə xidmət göstərən 400 kv.m-lik 2 ədəd ofis binası, hər biri 100 nəfərlik 2 yeməkxana, mağaza, bərbərxana, aptek, ilkin tibbi yardım, pul dəyişmə məntəqəsi, 2 ədəd 100 tonluq elektron nəqliyyat tərəzisi, avtoyuyucu, təzyiqli su anbarı, nasosxana, transformator yarımstansiyaı, 50 yerlik mehmanxana, məscid binası, yük və minik avtomobil dayanacağı, hamam, sanitar qovşağı və digər xidmətlər göstərilir.

Bundan əlavə ərazi 200 ədəd müşahidə kamerası ile izlənməkdədir. Bunun üçün də uğurlu biznes qurmaq arzusunda olan xarici və yerli fermerləri bizimlə əməkdaşlıq etməyə dəvət edirik. İstənilən zaman, ilin 4 fəsli, günün 24 saatı xarici və yerli meyvə və tərəvəzləri ən sərfəli qiymətlə məhz «Meyvəli»-dən əldə edə bilərsiniz.
«Meyvəli»- bolluğu, bərəkəti, halallığı ilə