AZ EN
RU








» » "Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış mərkəzində yeni anbarlar,ofislər,kartof soğan talvarı,soyuducu anbarlar istifadəyə verilmişdir.







"Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış mərkəzində yeni anbarlar,ofislər,kartof soğan talvarı,soyuducu anbarlar istifadəyə verilmişdir.

3 Ədəd Yeni Korpus

Meyvə və tərəvəzlərin topdan satışı ilə məşğul olan iş adamlarının tələbatlarına cavab vermə məqsədi ilə ümumi sahəsi 3360 m2 olan 32 satış anbarından ibarət 3 ədəd yeni satış korpusu tikilib istifadəyə verilmişdir.

"Meyvəli" Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış mərkəzində yeni anbarlar,ofislər,kartof soğan talvarı,soyuducu anbarlar istifadəyə verilmişdir.

3 Ədəd Yeni Ofis

Meyvəli Meyvə Tərəvəz bazasında icarədarların fəaliyyətini təmin etmək məqsədi ilə onların istifadəsinə 01. Noyabr 2012 tarixində hər birinin sahəsi 210 m2 olan 3 ədəd yeni ofis tikilib istifadəyə verilmişdir. Hər Ofis binasında 6 əsas olmaq üzərə 10 ədəd otaq mövcuddur. İstifadəyə verilən ofislərdə hər bir istilik, qaz, su və internet təminatı möcvuddur. Ofislərin təhlükəsizliyini təmin etmək məqsədi ilə müşahidə kameralarıda mövcuddur.



Kartof Soğan Talvarı

Xarici və yerli kartof soğanın alışı və satışını asanlaşdırmaq məqsədi ilə Meyvəlidə eni 36 metr və uzunluğu 109 metr olan ümumi sahəsi 3945 m2 olan Yeni talvar inşa edilmişdir. Yeni inşa edilən talvar eyni zamanda 100 iri tutumlu yük maşınlarının sərbəst şəkildə yerləşdirilib alış veriş etməsinə imkan verməkdədir. Bu göstərici də Zaqafqaziya üçün ortalamadan böyük bir göstəricidir. Hal-hazırda talvarın ətrafında asfalt üzlüyün çəkilməsi və tamamlama işləri görülməkdədir. Yeni Kartof Soğan talvarı 01.06.2013 tarixində istifadəyə verilməsi planlaşdırılmaqdadır.



Soyuducu

Həm xaricdən gətirilən məhsulların və həmdə kənd təsərrüfatı məhsullarının keyfiyyətini itirmədən soyuducularda saxlanaraq əhalinin istifadəsinə normal çatdırılması məqsədi və icarədarların tələbatlarının ödənilməsi məqsədi ilə ümumi sahəsi 5100 m2 olan saxlama temperaturu -25 dən müsbət 10 dərəcə olan yeni soyuducunun inşasında başlanılmışdır. Soyuducunun yüksəkliyi 7 m planlaşdırıldığından saxlanılan malın yüksək keyfiyyətini təmin etməsinə imkan verəcəkdir. Yeni soyuducunun müasir standartlara cavab verməsi nəzərdə tutulur. Hal-hazırda tikinti işləri tamamlanmaqda və aqreqatların montaj işinə başlanılmaqdadır. Soyuducunun bu ilin yekununa yetirilməsi planlaşdırılmaqdadır.