AZ EN
RU








» » Topdan satış mərkəzinin işinin dünya standartlarına uyğun təşkilinə görə "Meyvəli" MMC İqtisadiyyat və biznes sahəsində Milli Mükafat "Uğur 2010" layiq qörülmüşdür.







Topdan satış mərkəzinin işinin dünya standartlarına uyğun təşkilinə görə "Meyvəli" MMC İqtisadiyyat və biznes sahəsində Milli Mükafat "Uğur 2010" layiq qörülmüşdür.

Topdan satış mərkəzinin işinin dünya standartlarına uyğun təşkilinə görə "Meyvəli" MMC İqtisadiyyat və biznes sahəsində Milli Mükafat "Uğur 2010" layiq qörülmüşdür.

«Meyvəli» Meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası Beynəlxalq avtomobil və dəmir yolu magistralının kəsişdiyi dairədə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan-Xocasən ərazisində yerəlşir. Dövlət lahiyə smeta sənədləri əsasında beynəlxalq standartlara uyğun inşa olunub, 2009-cu ildə istifadəyə verilib. Ümumi ərazisi 35 ha olan «Meyvəli» - meyvə və tərəvəz məhsullarının saxlanması, satışı və tranziti üçün nəzərdə tutulur. 3 korpusdan ibarət 8.000 m2 sahəsi olan 16,000 ton tutumlu 80 satış anbarı; 2 korpusdan ibarət 7.000 m2 sahəsi olan 14,000 ton tutumlu 36 soyuducu saxlama anbarları; kənd təsərrüfatı məhsullarının yarmarka və pərakəndə satış bazarı üçün isə 4000 m2 -lik sahə fəaliyyətdədir. Anbarlar Amerika, Almaniya, İtaliya, Belçika, Danimarka, İsveç, Yaponiya, Türkiyə ölkələrinin istehsalı olan avadanlıqlar, elektron tərəzilər, mexaniki yük qaldırıcı qurğularla (kara «TOYOTA» firması) təchiz olunmuşlar.Anbar xidmətlərindən istifadə müqavilə əsasında həyata keçirilir.